Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın böyük oğlu olan Sedrak Koçaryan barəsində iki aylıq həbs qərarı çıxarılıb.
Demiryumruq.az Ermənistan mətbuatına istinadən verir ki, bu barədə jurnalistlərə onun vəkili Aleksandr Koçubayev məlumat verib.
Vəkil qeyd edib ki, Sedrak Koçaryanın ziyarət edilmə hüquqlarına da məhdudiyyətlər qoyulub. Onun sadəcə həyat yoldaşı və övladları ilə təmasa keçməsinə icazə verilib.
Qeydə edək ki, daha əvvəl ölkənin Antikorrupsiya Komitəsi keçmiş siyasətçinin və oğlunun Ermənistanın paytaxtında saxlanılması barədə məlumat yaymışdı. Prokurorluq orqanlarının bildirdiyinə görə, sabiq dövlət başçısı barəsində vəzifə səlahiyyətlərini aşma, rüşvətxorluq və qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) ittihamları üzrə cinayət işi başlanıb. Bu iş üzrə adı keçən digər şəxslər sırasına keçmiş prezident Serj Sarqsyan, İrəvanın sabiq meri Qaqik Beqlaryan, 2007-ci ildə dünyasını dəyişmiş sabiq hökumət rəhbəri Andranik Markaryan və əlavə olaraq altı nəfər daxildir. Baş Prokurorluqdan verilən məlumata əsasən, aparılan istintaq tədbirləri Koçaryanın 2004-2009-cu illərdə hakimiyyətdə olduğu müddəti əhatə edir.