Dəmir yumruq » Dünya » ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvada yerə enib
Dünya / 25-08-2026, 11:21

ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvada yerə enib

 

Bu gün səhər saatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17 Globemaster III” hərbi-nəqliyyat təyyarəsi Moskvanın Vnukovo aeroportunda yerə enib. 
 
Demiryumruq.az xəbər verir ki, bu barədə “flightradar24.com” xidmətinin məlumatlarına istinadən Rusiya mediası yazıb.
 
Sözügedən təyyarənin Riqadan Moskvaya yola düşdüyü qeyd olunub. 
 
Hava gəmisinin Riqaya isə ABŞ-nin Merilend ştatında yerləşən Kemp-Sprinqs şəhərindən uçduğu bildirilib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.