Dəmir yumruq » İqtisadiyyat » Husilərin İsrailə hücumları fonunda neft bahalaşıb
İqtisadiyyat / Dün, 10:33

Husilərin İsrailə hücumları fonunda neft bahalaşıb

 

Dünya bazarında neftin qiymətləri həftənin əvvəlində artıb, bazarlar Yəmən husilərinin həftəsonu İsrailə ilk hücumlarından sonra qlobal tədarükün daha da azalacağından ehtiyat edir.

Bunu ticarət məlumatları təsdiq edir.

"Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti əvvəlki bağlanış qiymətinə nisbətən 2,52 % artaraq bir barel üçün 107,97 ABŞ dollarına çatıb.

WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,69 % bahalaşaraq 101,32 ABŞ dollarına yüksəlib.

Bazar ertəsi "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 19 martdan bəri ilk dəfə bir barel üçün 116 ABŞ dollarını ötüb./Report


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.