Xəbər lenti
Dəmir yumruq » Hadisə » Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub
Hadisə / 21-02-2022, 21:37

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs tutulub

İranın hüquq-mühafizə orqanları Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsi saxlayıb.

AZƏRTAC xəbər verir ki, Tasnim agentliyi bu barədə Tehranın polis idarəsinin rəisinə istinadla məlumat yayıb.

Bakı vaxtı ilə 8:30-da iki uşağı ilə diplomatik nümayəndəliyə daxil olan şəxs səfirliyin əməkdaşlarını “Kalaşnikov” avtomatı ilə atəşə tutub. Hücum nəticəsində mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki mühafizəçi isə yaralanıb.

Hücum edən şəxs dindirilmə zamanı cinayətin motivinin şəxsi və ailə problemləri ilə bağlı olduğunu bildirib. Təhqiqat davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.