Xəbər lenti
Dəmir yumruq » Hadisə » FHN-dən zəlzələ ilə bağlı - Açıqlama
Hadisə / Dün, 15:55

FHN-dən zəlzələ ilə bağlı - Açıqlama

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxıda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
 
Demiryumruq.az xəbər verir ki, məlumatda deyilir:
 
“Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 maqnituda zəlzələ qeydə alınıb. 
 
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
 
Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək nazirliyə məlumat daxil olmayıb”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.