Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » "Əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır”
Cəmiyyət / Dün, 10:53

"Əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır”

 

Parlamentdə Milli Məclisin adının Azərbaycan dilinin qrammatik normalarına uyğun olmaması məsələsi müzakirə olunub.
Demiryumruq.az xəbər verir ki, bunu deputat vitse-spiker Rafael Hüseynov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. 
 
“Azərbaycan dilinin qrammatik normalarına görə, əslində mədəni sənaye yox, mədəniyyət sənayesi, mədəni yaradıcılıq deyil, mədəniyyət yaradıcılığı olmalıdır. Çünki mədəni yaradıcılıq deyəndə onun məna çalarları ortaya çıxmalıdır. 
 
Bundan başqa, əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır. Türkiyədə də belədir. Biz millət vəkili deyirik, milli vəkil yox”, - vitse-spiker qeyd edib.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.