Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Mart ayında 17 gün iş olmayacaq
Cəmiyyət / Bugün, 07:45

Mart ayında 17 gün iş olmayacaq

 

Gələn ay Azərbaycanda 17 gün qeyri-iş günü olacaq.
 
Demiryumruq.az xəbər verir ki, bu il martda ənənəvi olaraq 2 yox, 3 bayram qeyd olunacaq.
 
Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Bu tarix bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü - 9 mart da qeyri-iş günüdür.
 
Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün 3 gün ardıcıl iş olmayacaq.
 
Həmçinin bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.
 
Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəcəyindən növbəti iş günü istirahət günü hesab olunur.
 
Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.
 
Xəbəri rus dilində oxuyun: Мартовские каникулы: 17 выходных
 
Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. 31 mart bayramdan sonra ilk iş günü olacaq. Beləliklə martda şənbə və bazar günləri də daxil olmaqla 17 gün iş olmayacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.