Dəmir yumruq » Hadisə » Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
Hadisə / 12-04-2026, 06:59

Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar

 

Bu gün Bakı şəhər kommunal xidmətləri  tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.
Ətraflı
 
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 550 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.
 
Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl yağan şiddətli yağışların fəsadlarının tam şəkildə qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.