Dəmir yumruq » Hadisə » Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
Hadisə / 9-02-2026, 18:14

Bu tibb mərkəzi həkimlərə görə cərimələndi

 

Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Aristokrat” Tibb Mərkəzi cərimələnib.
 
Demiryumruq.az xəbər verir ki, Səhiyyə Naziliyi tərəfindən klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
 
Söhbət konkret olaraq sertifikasiya şəhadətnaməsi olmadan Kənan Həsənov və Araz Məmmədzadənin tibbi praktiki fəaliyyət göstərməsindən gedir.
 
Nəticədə “Aristokrat” Tibb Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən protokol tərtib edilib. Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
 
Məhkəmənin qərarına əsasən, “Aristokrat” Tibb Mərkəzi 6000 manat məbləğində cərimə olunub.
 
Qeyd edək ki, bir müddət öncə sözügedən tibb mərkəzində tibbi təhsili olmayan stomatoloqların işlədiyinə dair xəbərlər yayılmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.