Dəmir yumruq » Dünya » Gürcüstanda matəm elan edildi
Dünya / 20-11-2026, 09:27

Gürcüstanda matəm elan edildi

 

Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həlak olması ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm elan edilib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. 
 
Qərara əsasən, həmin gün ölkə boyu Gürcüstanın dövlət bayraqları yarıya endiriləcək. Bununla yanaşı, noyabrın 22-si bütün kütləvi əyləncə tədbirləri qadağan edilib.
 
Xatırladaq ki, noyabrın 19-da səhər saatlarında Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda 6 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.