Dəmir yumruq » Dünya » Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
Dünya / Manşet / Bugün, 04:04

Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”

 

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın dizel yanacağı obyektlərinə PUA zərbələrini dayandırmağa çağırıb.
 
Demiryumruq.az xəbər verir ki, İrlandiyaya səfəri zamanı jurnalistlərə açıqlama verən D.Tramp hücumların qlobal yanacaq bazarına zərər vurduğunu bildirib:
 
“Cənab Zelenskinin etməli olduğu tək bir şey var. Rusiyadakı dizel yanacağı obyektlərini vurmaqdan imtina etmək. Vurulacaq başqa hədəflər çoxdur. Dizeli vurmayın, bu, dünyaya zərər verir”.
 
D.Tramp, həmçinin qlobal yanacaq qıtlığının Yaxın Şərqdən deyil, Rusiya-Ukrayna müharibəsindən qaynaqlandığını vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.