Dəmir yumruq » Cəmiyyət » Moped və velosiped sürənlərə xəbərdarlıq
Cəmiyyət / Bugün, 13:46

Moped və velosiped sürənlərə xəbərdarlıq

 

Bir gün ərzində moped və velosiped idarə edən iki gənc yol qəzasında həyatını itirib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
 
Bildirilib ki, Siyəzən rayonunun Böyük Həmyə kəndində 17 yaşlı gəncin sürmə vərdişləri olmadığı halda moped idarə etməsi faciə ilə nəticələnib.
 
Digər hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gecə saat 23:50-də nəqliyyat axınının əks istiqamətində velosiped idarə edən Ülfət Hüseynovu naməlum avtomobil vurub. Hadisə yerindən yayınan VAZ markalı avtomobilin sürücüsü T.Bədəlov DYP əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Velosipedçinin həyatını xilas etmək mümkün olmayıb.
 
BDYPİ ikitəkərli nəqliyyat vasitələrini idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sürmə vərdişləri olmadan moped və digər nəqliyyat vasitələrinin sükanı arxasına keçməməyə çağırıb.
 
İdarə təhlükəsizliyin təmin olunması üçün hər bir hərəkət iştirakçısının şəxsi məsuliyyətinin artırılmasının və qaydalara riayət edilməsinin vacibliyini vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.