Dəmir yumruq » Cəmiyyət » Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək
Cəmiyyət / Dün, 23:03

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

 

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında Azərbaycan Jurnalistlərinin IX qurultayının keçirilmə tarixi məlum olub.
 
Demiryumruq.az xəbər verir ki, iclasda əvvəlcə 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 
Şura sədri Rəşad Məcid sonuncu qurultaydan 4 il keçdiyini bildirərək hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırıldığını elan edib və toplantıda qurultayın oktyabrın 15-də keçirilməsi barədə yekun qərar verilib.
 
MŞ-yə üzv təşkilatlar oktyabrın 12-dək nümayəndə və İdarə Heyətinə namizədlərinin adlarını presscouncil.az saytındakı xüsusi bölmə vasitəsilə Təşkilat Komitəsinə təqdim etməlidirlər. Xəbərdarlıq edilib ki, üzvlük haqqı borcunu ödəyəməyən medianın qurultayda iştirakı məhdudlaşdırılacaq.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.