Dəmir yumruq » Cəmiyyət » Bakıda nə qədər əhali yaşayır?
Cəmiyyət / Bugün, 13:05

Bakıda nə qədər əhali yaşayır?

 

 

1 iyul 2026-cı il vəziyyətinə Bakı əhalisinin sayı 2 milyon 356,8 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Bakıda 8 min 107 uşaq doğulub, 7 min 491 nəfər ölüb. Beləliklə, paytaxtda 6 ay ərzində təbii artım 616 nəfər təşkil edib.

Paytaxt rayonları arasında ən çox əhali Xətai (277,9 min), Sabunçu (331,8 min), Binəqədi (309,2 min), ən az əhali isə Pirallahı (18,8 min) rayonundadır.

Qeyd edək ki, 1 iyul 2026-cı il vəziyyətinə ölkə əhalisinin sayı 10 milyon 273,5 min nəfər olub. İlin ilk 6 ayında Azərbaycanda 40 min 798 uşaq doğulub, 30 min 625 nəfər vəfat edib. Nəticədə ölkə üzrə təbii artım 19 min 224 nəfər təşkil edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.