Dəmir yumruq » Cəmiyyət » Peşə təhsilinə qəbul üzrə 2-ci mərhələnin nəticələri elan olundu
Cəmiyyət / 5-09-2026, 12:17

Peşə təhsilinə qəbul üzrə 2-ci mərhələnin nəticələri elan olundu

 

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin cavabları açıqlanıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, ikinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 23541 nəfər müsabiqədə iştirak edib.
 
“Ümumilikdə 8791 nəfər müsabiqədən keçib. Müsabiqədən uğurla keçən namizədlər 10 sentyabr 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.
 
Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.
 
Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir”, - deyə məlumatda qeyd edilib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.