Dəmir yumruq » Cəmiyyət » Bu rayonlarda yeni avtovağzal xidməti təşkil olunur
Cəmiyyət / 2-09-2026, 13:54

Bu rayonlarda yeni avtovağzal xidməti təşkil olunur

 

  

Sentyabrın 4-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus "Azerbaijan Ground Services" MMC Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti təşkil edəcək.

Demiryumruq.az AYNA-ya istinadla xəbər verir ki, məqsəd bu rayonlardan paytaxta və ölkənin digər şəhər və rayonlarına sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsi, sərnişin məmnunluğunun daha da artırılmasıdır.

Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri "biletim.az" portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.