Dəmir yumruq » Cəmiyyət » Temperatur 8 dərəcə düşəcək - Xəbərdarlıq
Cəmiyyət / Bugün, 09:05

Temperatur 8 dərəcə düşəcək - Xəbərdarlıq

 

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında avqustun 26-dan 29-dək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4–8 dərəcə enəcəyi gözlənilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.