Dəmir yumruq » Cəmiyyət » Ənənəvi diplom almaq istəyənlər pul ödəyirlər? - RƏSMİ CAVAB
Cəmiyyət / Bugün, 11:09

Ənənəvi diplom almaq istəyənlər pul ödəyirlər? - RƏSMİ CAVAB

 

Hazırda diplomlar məzunlara elektron formatda təqdim olunur. Lakin bəzi universitetlərdə ödəniş qarşılığında diplomların ənənəvi, kağız formada da verilə biləcəyi ilə bağlı iddialar səslənir.

Maraqlıdır, bu iddialar nə qədər əsaslıdır?

Demiryumruq.az  AzEdu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, diplomların yalnız elektron formatda verilməsi nəzərdə tutulur və ödəniş müqabilində kağız diplomların verilməsi nəzərdə tutulmur.

Həmçinin bu kimi hallar və ya şikayətlər olduğu təqdirdə, vətəndaşlara sübutlar və ərizə ilə birlikdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etmələri tövsiyə olunur.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.