Dəmir yumruq » Cəmiyyət » Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salındı
Cəmiyyət / Bugün, 10:40

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salındı

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
 
Demiryumruq.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə (36 nəfər), Xocalı rayonunun Badara kəndinə 5 ailə (13 nəfər), Xanyurdu kəndinə 4 ailə (10 nəfər), Xanabad kəndinə 8 ailə (31 nəfər), Ballıca kəndinə 3 ailə (8 nəfər), Təzəbinə kəndinə 14 ailə (71 nəfər), Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə (36 nəfər), Həsənriz kəndinə 6 ailə (30 nəfər), Aşağı Oratağ kəndinə 12 ailə (49 nəfər), Çapar kəndinə 15 ailə (51 nəfər) yola salınıb.
 
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.