Dəmir yumruq » Cəmiyyət » Kolleclərə qeydiyyat başladı
Cəmiyyət / Bugün, 13:47

Kolleclərə qeydiyyat başladı

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı başlayıb.

Qeydiyyat prosesi yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.

Qeyd edək ki, qeydiyyat 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Onu da qeyd edək ki, şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA rəqəmsal imza" ilə açmalıdırlar.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.