Dəmir yumruq » Cəmiyyət » Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Cəmiyyət / 12-08-2026, 12:12

Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

 

Avqustun 12-də saat 11:00-a olan faktiki hava açıqlanıb.
 
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, ölkənin bəzi ərazilərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.
 
Düşən yağıntının miqdarı Gədəbəydə 32, Balakəndə 27, Sarıbaşda (Qax) 9, Altıağacda 5, Göygöl, Kişçay (Şəki), Qəbələdə 3, Ağstafa, Daşkəsən, Şuşa, Zəngilan, Qusarda 2, Ceyrançöl, Şahbuz, Gəncə, Naftalan, Zaqatala, Oğuz, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Kəlbəcər, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağdam, Biləsuvarda, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.