Dəmir yumruq » Cəmiyyət » Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...
Cəmiyyət / Bugün, 17:50

Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə...

 

Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 1-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə xəbərdarlığında bildirilib.
 
Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər.
 
Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.