Dəmir yumruq » Cəmiyyət » Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
Cəmiyyət / Bugün, 10:04

Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

 

Magistratura səviyyəsinə ixtisaslaşma seçiminin vaxtı uzadılıb.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
 
Bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar bu gün saat 13:00-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar.
 
Qeyd olunub ki, bu gün saat 09:15-ə olan məlumata əsasən, 15 633 bakalavr (Azərbaycan bölməsi - 14251, rus bölməsi - 1382) ərizəsini təsdiq edib.
 
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir.
 
Bakalavrın seçdiyi ixtisaslaşmalar seçim cədvəlinə  əsasən onun seçmək hüququ olduğu və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün həmçinin xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı “Magistr” jurnalının 4-cü nömrəsində təqdim olunub).
 
“Magistr” jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.
 
Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. 
 
İxtisaslaşma seçimi elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.