Dəmir yumruq » Cəmiyyət » Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi
Cəmiyyət / Bugün, 11:39

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi

 

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
 
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
 
Naxçıvan MR, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran, Astarada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar, Şabranda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.