Dəmir yumruq » Cəmiyyət » Süni intellekt vasitəsilə saxta məhsullar necə aşkarlanır?
Cəmiyyət / 13-07-2026, 12:15

Süni intellekt vasitəsilə saxta məhsullar necə aşkarlanır?

 

Dövlət Gömrük Komitəsində saxta məhsulların müəyyən edilməsi və əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində süni intellekt texnologiyaları və risk idarəetmə mexanizmlərindən yararlanılır".
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) idarə rəisi Ələkbər Heydərov "Təhlükəsiz mobilliyə doğru" konfransında məlumat verib.
 
Onun sözlərinə görə, sistemdə malların mənşə ölkəsi, dəyəri və digər risk parametrləri analiz edilir:
 
"Məsələn, orijinal məhsulun konkret ölkədən gətirilməsi, qeyri-orijinal məhsulun isə fərqli ölkədən idxal olunması ilə bağlı məlumatlar, həmçinin qiymət və dəyər parametrləri risk idarəetmə sistemində dəyərləndirilir. Bu verilənlər süni intellekt vasitələri ilə təhlil olunur".
 
Ə.Heydərov əlavə edib ki, kontrafakt malların aşkarlanmasında gömrük əməkdaşlarının peşəkarlığı da mühüm rol oynayır. Əmtəə nişanlarının gömrük reyestrinə salınması isə nəzarətin effektivliyini artıran əlavə vasitədir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.