Dəmir yumruq » Cəmiyyət » Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə
Cəmiyyət / 13-07-2026, 08:28

Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə

 

2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb.
 
Demiryumruq.az xəbər verir ki, sənədlər elektron qaydada qəbul ediləcək.
 
Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldıqları müddətdə təhsil proqramı üzrə həmin dövr üçün nəzərdə tutulan kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.
 
Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.