Dəmir yumruq » Cəmiyyət » Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün YENİ İMKAN
Cəmiyyət / Dün, 11:27

Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün YENİ İMKAN

 

Paytaxtın ümumi təhsil müəssisələrində çalışan və 2026-cı ildə keçirilən təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlər ilə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində komissiyalar yaradılıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, komissiyalar 06-31 iyul tarixlərində fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyən şəxslər həftənin I-IV günləri saat 09:30-dan 13:00-dək şəxsiyyət vəsiqələri ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yaxınlaşa bilərlər.
 
Qeyd edək ki, komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.