Dəmir yumruq » Cəmiyyət » Sabahın hava proqnozu açıqlandı
Cəmiyyət / 5-07-2026, 18:28

Sabahın hava proqnozu açıqlandı

 

Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.
 
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-65% olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq, mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.