Dəmir yumruq » Cəmiyyət » Azərbaycanda doğum kəskin azaldı
Cəmiyyət / 5-07-2026, 17:57

Azərbaycanda doğum kəskin azaldı

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında 38 836 uşaq, 2026-cı il yanvar-may aylarında 28 631 körpə dünyaya gəlib. Beləliklə, doğum sayı cəmi bir il ərzində eyni dövr üçün 10 205 nəfər (təxminən 26%) azalıb.
 
Demiryumruq.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
 
“Hər 1000 nəfərə düşən doğum əmsalı 2025-ci ilin ilk 5 ayında 9,2 olduğu halda, 2026-cı ilin müvafiq dövründə 8,5-ə enib. Ölkədən gənclərin sürətli köçünü də nəzərə alsaq, məmləkət demoqrafik fəlakətə doğru gedir”, - o bildirib.
 
Xatırladaq ki, 2024-cü ilin ilk beş ayında 43 min 317 körpə doğulmuşdu.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.