Dəmir yumruq » Cəmiyyət » Leyla Əliyeva Şəkidə uşaq evində – FOTOLAR
Cəmiyyət / 1-07-2026, 08:42

Leyla Əliyeva Şəkidə uşaq evində – FOTOLAR

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.

Demiryumruq.az xəbər verir ki, Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib.

Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib.

Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar.

Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün sosial reabilitasiya tədbirləri həyata keçirilir, asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif xidmətlər göstərilir. Müəssisədəki uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar.

MedialMedialMedialMedialMedialMedialMedialMedialMedialMedial


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.