Dəmir yumruq » Cəmiyyət » "Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir
Cəmiyyət / Bugün, 19:22

"Təhsil sistemində həmişə kimsə narazı olacaq” - Nazir

 

"Müəyyən mənada narazılıq mənə görə təbiidir, yəni olmalıdır da. Təhsil sistemində həmişə kimsə nədənsə narazı olacaq. Sadəcə onların narazılığının haqlı və ya haqsız olması önəmli sualdır”.
 
Demiryumruq.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Trend-ə, APA-ya və “Xəzər Tv”yə birgə müsahibəsində deyib.
 
“Demirəm ki, həmişə haqsızdır. Təbii ki, haqlı narazılıqlar da var. Amma bu narazılıqların miqyası çox önəmlidir. Yəni insanlar nədən narazıdır? Bizdə narazılıq, əsasən, fərdi xarakter daşıyır. Nədənsə narazıyıqsa və biz də onu haqlı qəbul ediriksə, o, aradan qaldırılırsa, deməli, bir addım irəli atırıq. Müşahidəm ondan ibarətdir ki, bizə gələn narazılıqlar daha çox dərs saatlarının düzgün bölüşdürülməməsi, hansısa müəllimin hansısa məktəblə və ya məktəb rəhbəri ilə münaqişəsi, valideynlərlə şagirdlər arasında olan ünsiyyət problemləri, məktəb daxilində şagirdlər arasında yaranan məsələlərdir”, - deyə nazir əlavə edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.