Dəmir yumruq » Cəmiyyət » İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır
Cəmiyyət / Bugün, 08:44

İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK: Pensiya yaşı rəsmən 65-ə çatır

 

Növbəti həftədən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi artırılacaq.

Musavat.com Trend-ə istinadla bildirir ki, 2026-cı il iyulun 1-dən etibarən qadınların pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılacaq.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:

Həmin qanuna görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq hüququ var.

Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir. Hazırda minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.

Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu göstərici 30 iyun 2026-cı ilədək keçərlidir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.