Dəmir yumruq » Cəmiyyət » FHN küləkli hava ilə bağlı xəbərdarlıq etdi
Cəmiyyət / Bugün, 16:13

FHN küləkli hava ilə bağlı xəbərdarlıq etdi

 

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
"Hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
 
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - xəbərdarlıqda vurğulanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.