Dəmir yumruq » Cəmiyyət » “WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI
Cəmiyyət / Dün, 09:42

“WhatsApp” bu telefonlarda fəaliyyətini dayandıracaq - SİYAHI

 

Meta şirkəti “WhatsApp” tətbiqinin bəzi köhnə smartfon modellərində artıq işləməyəcəyini açıqlayıb.

Demiryumruq.az xəbər verir ki, şirkətin qərarına əsasən, tətbiq müəyyən tarixlərdən etibarən köhnə əməliyyat sistemlərinə dəstəyi dayandıracaq.

Məlumata görə, 30 noyabr 2026-cı ildən etibarən “WhatsApp” “Apple” cihazlarında yalnız iOS 15.5 və daha yeni versiyalarda işləyəcək. Bu dəyişiklik bəzi köhnə “iPhone” modellərinə təsir göstərə bilər.

Bununla belə, uyğun cihaz sahibləri əməliyyat sistemlərini yenilədikləri halda tətbiqdən istifadəni davam etdirə biləcəklər.

Android cihazları üçün isə yeni tələblər 8 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Həmin tarixdən sonra Android 6.0-dan köhnə versiyalar “WhatsApp” tərəfindən dəstəklənməyəcək.

Meta bildirib ki, bu addım tətbiqin təhlükəsizliyini artırmaq, yeni funksiyaların daha stabil işləməsini təmin etmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyır.

Şirkət köhnə cihazlardan istifadə edən şəxslərə məlumatlarını ehtiyat nüsxəyə köçürməyi və mümkün olduqda əməliyyat sistemlərini yeniləməyi tövsiyə edir.//Lent.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.