Dəmir yumruq » Cəmiyyət » Növbəti 5 gün yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət / Dün, 12:22

Növbəti 5 gün yağış yağacaq - Xəbərdarlıq

 

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var.
 
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.