Dəmir yumruq » Cəmiyyət » Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir
Cəmiyyət / Dün, 06:54

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir

 

Elektron müraciətlərə təşkilatlar tərəfindən, müraciət edən şəxsin seçimi əsasında, elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə yazılı cavab verilməklə baxılır.
 
Demiryumruq.az xəbər verir ki, bu, "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanında qeyd olunub.
 
Bildirilir ki, elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) elektron ünvan, yaxud müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və ya hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilmədikdə, müraciətə poçt vasitəsilə yazılı cavab verilir.
 
Elektron sənəd formasında göndərilən cavab məktubu "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada tərtib edilir və rəsmiləşdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.