Dəmir yumruq » Cəmiyyət » Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni idarələr yaradılacaq
Cəmiyyət / 10-06-2026, 20:03

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni idarələr yaradılacaq

 

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun optimallaşdırılması və onun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə bəzi qərarlar alınıb.
 
Demiryumruq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
 
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan MənzilKooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.