Dəmir yumruq » Cəmiyyət » Ölkəyə qanunsuz yolla gətirilən 44 mindən çox dərman vasitəsi AŞKAR EDİLDİ
Cəmiyyət / 29-05-2026, 09:26

Ölkəyə qanunsuz yolla gətirilən 44 mindən çox dərman vasitəsi AŞKAR EDİLDİ

 

Qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
 
Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44 335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.