Dəmir yumruq » Cəmiyyət » Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək
Cəmiyyət / Bugün, 09:16

Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaş qəbulu keçirəcək.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 
Məlumata görə, qəbul iyunun 2-də Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında təşkil ediləcək.
 
Vurğulanıb ki, saat 10:00-dan etibarən Abşeron və Zəngilan rayonları sakinləri qəbul ediləcəklər. Qəbula gələn vətəndaşların qeydiyyatı 1 iyun 2026-cı il tarixində Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.
 
Qeyd olunub ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.