Dəmir yumruq » Cəmiyyət » DİN rəhbəri Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək
Cəmiyyət / Bugün, 11:03

DİN rəhbəri Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirəcək

 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 4-ü Qazax rayonunda növbəti vətəndaş qəbulu və Ağstafada polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
 
Demiryumruq.az xəbər verir ki, Qazax RPŞ-nin inzibati binasında baş tutacaq qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilərlər.
 
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.06.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
 
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyunun 4-ü saat 08:00-da DİN Daxili Qoşunların Ağstafa rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.
 
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.