Dəmir yumruq » Cəmiyyət » Azərbaycanda məktəblər 2 gün tez BAĞLANACAQ
Cəmiyyət / Bugün, 09:22

Azərbaycanda məktəblər 2 gün tez BAĞLANACAQ

 

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində bu il dərs ili 2 gün tez başa çatacaq.

Demiryumruq.az xəbər verir ki, iyun ayının 13-ü şənbə, 14-ü isə bazar gününə təsadüf etdiyindən sonuncu dərs günü iyunun 12-si olacaq.

Qeyd edək ki, ölkədə dərs ili ənənəvi olaraq sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır. Bu il isə qeyri-iş günlərinin dərs ilinin sonuna düşməsi səbəbindən şagirdlər yay tətilinə 2 gün daha tez çıxacaqlar.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.