Dəmir yumruq » Cəmiyyət » FHN gücləndirilmiş rejimdə çalışacaq
Cəmiyyət / Bugün, 08:05

FHN gücləndirilmiş rejimdə çalışacaq

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
 
Bildirilib ki, Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.