Dəmir yumruq » Cəmiyyət » Azərbaycanda 5 gün fasiləsiz yağış yağacaq
Cəmiyyət / Dün, 08:45

Azərbaycanda 5 gün fasiləsiz yağış yağacaq

 

Bu gündən başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşəcək.

Bu haqda Demiryumruq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat daxil olub.

Qurumun xəbərdarlığında bildirilir ki, mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var. 

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.