Dəmir yumruq » Cəmiyyət » Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! - Qrafiklər açıqlandı
Cəmiyyət / 20-05-2026, 09:50

Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! - Qrafiklər açıqlandı

 

“Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolları” SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Demiryumruq.az  xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.

İctimaiyyətə əlavə məlumat təqdim ediləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.