Dəmir yumruq » Cəmiyyət » Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə
Cəmiyyət / 19-05-2026, 08:13

Doktoranturaya qəbul olmaq istəyənlərin nəzərinə

 

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

Elm və Təhsil Nazirliyindən Demiryumruq.az-a verilən məlumata görə, qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.

Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.

Sözügedən xidmət sayəsində "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmuş ali təhsil müəssisələrinə, o cümlədən elmi müəssisə və təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az-da "Şəxsi kabinet" vasitəsilə elektron formada müraciət edə və müraciət üzrə cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.