Dəmir yumruq » Cəmiyyət » Sumqayıt, Abşeron və Binəqədidə yaşayanların nəzərinə! - 2 gün su olmayacaq
Cəmiyyət / 13-05-2026, 18:34

Sumqayıt, Abşeron və Binəqədidə yaşayanların nəzərinə! - 2 gün su olmayacaq

 

Sumqayıt şəhərinin, Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərinin su təminatında mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına kimi müvəqqəti fasilə yaranacaq.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
 
Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması işləridir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.