Dəmir yumruq » Cəmiyyət » Sürücülərə XƏBƏRDARLIQ: Bakıda bəzi parklanma yerləri ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilir
Cəmiyyət / 12-05-2026, 05:41

Sürücülərə XƏBƏRDARLIQ: Bakıda bəzi parklanma yerləri ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilir

Bakının bir neçə məntəqəsində nəqliyyat vasitələrinin parklanmasına məhdudiyyət tətbiq edilir.
 
Bu barədə "AzParking" MMC məlumat yayıb.
 
Bildirilib ki, məhdudiyyətlər paytaxtda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar tətbiq olunur.
 
Demiryumruq.az Xəzər TV-yə istinadla xəbər verir ki, məhdudiyyətlərin tətbiq ediləcəyi ərazilər bunlardır:
 
Ağ Şəhər ərazisi: 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafı;
 
Nərimanov rayonu: Zaur Nudirəliyev küçəsi.
Sürücülərdən qeyd olunan ərazilərdə nəqliyyat vasitələrini park edərkən tətbiq olunan müvəqqəti qaydaları nəzərə almaları xahiş olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.