Dəmir yumruq » Cəmiyyət » Sabahın hava proqnozu açıqlandı
Cəmiyyət / 10-05-2026, 18:33

Sabahın hava proqnozu açıqlandı

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.