Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Şahdağa qar, Gədəbəyə dolu yağıb - FAKTİKİ HAVA
Cəmiyyət / 8-05-2026, 09:47

Şahdağa qar, Gədəbəyə dolu yağıb - FAKTİKİ HAVA

 

Mayın 8-i saat 11:00-a olan faktiki hava açqılanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demiryumruq.az-a verilən məlumata görə, bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.

Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.

Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində xırda ölçülü dolu düşüb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.