Dəmir yumruq » Cəmiyyət » Bəzi hotellər insan alveri məqsədilə istifadə olunur - QHT sədri
Cəmiyyət / Dün, 09:21

Bəzi hotellər insan alveri məqsədilə istifadə olunur - QHT sədri

 

Azərbaycan qanunvericiliyində insan alveri ilə bağlı müxtəlif müddəalar mövcuddur, amma bu cinayəti yaradan digər amillərə də diqqət yetirilməlidir.


Demiryumruq.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüququları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib.  
O qeyd edib ki, Cinayət Məcəlləsində fahişəliyə cəlb etmə qadağan olunsa da, bəzi məqamlar hüquqi baxımdan suallar doğurur:


“Fahişəliyə cəlb etmək qadağan olunub, amma fahişəliklə məşğul olanlarla bağlı heç bir tədbir görülmür. Bu necə ola bilər? Fahişəliyə cəlb etmək qadağan olunub, amma məşğul olmaq yox. Bunun özü insan alverinin yaranmasına dəhliz yaradır”.

Şəmsəddin Əliyev hotellərlə bağlı müşahidələrini də bölüşərək bildirib ki, bəzi hallarda bu məkanlardan insan alveri məqsədilə istifadə olunur. Onun sözlərinə görə, sonradan qurbanların şantaj yolu ilə istismara məruz qalması halları ortaya çıxır:

“Bəzən məlum olur ki, qadının şəxsi həyatı ilə bağlı görüntülər çəkilib və sonradan həmin materialların yayılması hədəsi ilə o, yenidən həmin mühitə qayıtmağa məcbur edilir”.

İctimai birlik sədri bu səbəbdən hüquq-mühafizə orqanlarının hotellərdə nəzarət imkanlarının genişləndirilməsinin vacib olduğunu vurğulayıb:

“Bu istiqamətdə polis əməkdaşlarının fəaliyyətinə maneələr aradan qaldırılmalı, onların hotellərdə yoxlama aparması üçün daha açıq imkan yaradılmalıdır”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.